İŞİD uşaq terrorçuların sayını artırır

İŞİD uşaq terrorçuların sayını artırır
  22 Fevral 2016    Oxunub:2639
Ötən il İŞİD sıralarında ölən uşaqların sayı iki-üç dəfə artıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Corciya Universitetinin araşdırma komandası 13 ay ərzində İŞİD tərəfindən yayımlanan təbliğat materiallarını izləyib. Qeyd edilən müddətdə 8-18 yaş arasında 89 oğlan uşağının fərqli məqsədlərlə öldürüldüyü bəlli olub.



Bundan baqşa son 13 ayda İŞİD sıralarında savaşa qoşulan uşaqların sayının 2014-cü illə müqayisədə 3 dəfə artdığı bəlli olub. ABŞ ordusunun nəzdindəki "West Point" terrorla mübarizə mərkəzi tərəfindən yayımlanan sənədə görə, 2015-ci ilin yanvarından bu ilin eyni dövrünə kimi ölən 89 uşaqdan 39-u kamikadze fəaliyyətində, 33 faizi isə döyüşlərdə öldürülüb.



Hesabatı hazırlayan Çarli Vinter deyib ki, əslində ölən uşaqların sayı daha çoxdur. Bunlar isə sadəcə İŞİD-in özünün açıqladığı rəqəmlərdir: "Başqa savaşlarda uşaqlardan son çarə olaraq istifadə edilə bilərdisə, İŞİD onlardan böyük adamlar kimi istifadə edir. Uşaqların sayı ilə bağlı rəqəmlər dəhşətvericidir. Bu uşaqları savaşdan çəkib-çıxarmağın, normal topluma qazandırmağın yollarını tapmasaq, düşünməsək, İŞİD-dən sonra dünyada nələrin ola biləcəyini bilə bilmərik".



Əslində İŞİD öldürülən uşaqlar barədə heç bir məlumatı açıqlamır. Amma amerikalı araşdırmaçıların apardığı yoxlamalara görə, ölən uşaqların 60 faizi 12-16 yaş arasındadır. 6 faizi isə 12 yaşdan kiçikdir. Uşaqlar daha çox İraq və Suriyadan terrorçuların sıralarına cəlb edilir. Onların arasında az sayda olsa da Yəmən, Səudiyyə Ərəbistanı, Liviya, hətta Britaniya, Fransa, Avstraliyadan olanlar da var. Uşaqların yarıdan çoxu İraqda ölüb. Amma əksəriyyəti suriyalıdır. Bu da onu deməyə əsas verir ki, uşaqlar Suriyada təlim görür, sonradan İraqa göndərilirlər.

AzVision.az




Teqlər:  





Xəbər lenti