Davudoğludan Rusiya etirafı: `Çətinlik çəkirik...`

Davudoğludan Rusiya etirafı: `Çətinlik çəkirik...`
  22 Fevral 2016    Oxunub:4242
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün keçirilən mətbuat konfransında ölkənin turizm sektorunun çətin günlər yaşadığını etiraf edib.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Baş nazir Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi ilə əlaqədar turizm sektoruna hökumətin dəstək verəcəyini bəyan edib. Davudoğlu bu sahəyə 87 milyon dollar qrant ayrılacağına dair söz verib.

Davudoğlu Rusiyadan Türkiyəyə gələn turistlərin sayının azalmayacağını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti