Tiflis ruslarla razılaşmadı - Kaladze yenə Bakıya gəlir

Tiflis ruslarla razılaşmadı - Kaladze yenə Bakıya gəlir
  22 Fevral 2016    Oxunub:4159
Gürcüstanın energetika naziri Kaxa Kaladze fervarlın 29-da Azərbaycana səfər edəcək.

Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.

Kaladze bəyan edib ki, o, Bakıda “SOCAR” rəhbərliyi ilə görüşlər keçirəcək.

“Biz “Şahdəniz” qaz kəmərindən əlavə qaz tədarük etmək üçün aktiv şəkildə iş aparırıq. Bu məsələdə nikbinik və böyük ehtimalla müəyyən razılaşma əldə edəcəyik. Məhz bundan sonra bizdə “Qazprom”la danışıqları necə yekunlaşdıracağımıza dair tam fikir formalaşacaq”, - deyə Kaladze vurğulayıb.

Gürcü nazir Vyanada keçirilən görüşdə “Qazprom” rəhbərliyi ilə razılaşmanın əldə olunmadığını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti