Ukraynada daha bir azərbaycanlı qətlə yetirildi

Ukraynada daha bir azərbaycanlı qətlə yetirildi
  22 Fevral 2016    Oxunub:2978
Ukraynanın Zaparojya vilayətində fevralın 21-də baş verən qarşıdurma nəticəsində bir Azərbaycan vətəndaşı qətlə yetirilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayətin Milli polisində olan mənbə bildirib. Yerli vaxtla saat 9.20-də polisə şəhərin Dzerjinski küçəsində atışma olması barədə məlumat daxil olub.

Araşdırmalar nəticəsində məlum olub ki, hadisə Ukrayna ərazisində yaşayan qafqazlılar arasında baş verib. İnsident zamanı 2 şəxs yaralanıb. Xəstəxanaya aparılan şəxslərdən biri - 1969-cu il təvəllüdlü şəxs ölüb. Həmin şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

Həlak olan şəxsin əşyalarına baxış keçirilərkən onların arasından `RQD-5` qumbarası aşkar edilib. Hazırda Ukrayna polisi faktla bağlı araşdırmalara başlayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti