Suriyada fevralın 27-dən savaş dayanır

Suriyada fevralın 27-dən savaş dayanır
  23 Fevral 2016    Oxunub:2445
Suriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin `Əl-Cəzirə` telekanalı məlumat verib.

`Rusiya-Amerika sazişinə əsasən Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir`, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və `Əl-Qaidə`nin Suriya filialı olan `Cebhat-ən-Nüsra` terror təşkilatlarına şamil olunmur.

AzVision.az


Teqlər:  



Xəbər lenti