Astana Xocalı üçün kitab sərgisi keçirilib
Türk Akademiyasının, Azərbaycan səfirliyinin və diasporun iştirakı ilə keçirilən tədbirdə Macarıstan və Türkiyənin səfiri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Ərəb Əmirlikləri İsrail, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Polşa və Çinin hərbi attaşeləri iştirak ediblər.
Bundan başqa beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və çoxsaylı jurnalistlər də mərasimə qatılıblar. Sərgidə Xocalıda törədilən qətliamdan, eləcə də Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar böyük marağa səbəb olub.
Möhtəşəm Sülh və Əminamalıq Sarayındakı sərgiidə eləcə də Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət sahələrini əhatə edən nəşrlər də nümayiş olunub. Burada paylanılan buklet və jurnallarda illərdir Azərbaycanın ermənilər tərəfindən məruz qaldığı təcavüzkar siyasət, 20 faiz torpaqlarımızın işğal edilməsi faktları öz əksini tapıb.
Tədbir üçün xüsusi hazırlanan banerlər vasitəsilə diplomatlar, xarici jurnalistlər Xocalı faicəsi qurbanlarını əks etdirən dəhşətli statistika və digər məlumatlarla tanış olmaq imkanı əldə ediblər. Tədbirə qatılan onlarla insan Xocalıda amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsinə ehtiramlarını bildiriblər. Foyedə yaradılan kompozisiya önündə gül dəstələri düzüblər. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


