Baş nazirlər gey-paradda iştirak edəcək

Baş nazirlər gey-paradda iştirak edəcək
  23 Fevral 2016    Oxunub:3024
Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.

Parad iyulun 3-də baş tutacaq. Tryudo bu cür tədbirdə iştirak edən ilk baş nazir olacaq.

“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə artıq baş nazir kimi”, - Tryudo yayılan xəbərlərlə bağlı `Twitter` səhifəsində yazıb.

Tryudodan başqa paradda Kanadanın maliyyə naziri Bill Morno, Ontarionun baş naziri Ketlin Uinn və Torontonun meri Con Tori iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti