İlham Əliyev Ruhani ilə görüşdü - FOTOLAR (Yenilənib)

İlham Əliyev Ruhani ilə görüşdü - FOTOLAR (Yenilənib)
  23 Fevral 2016    Oxunub:4952
Azərbaycan Prezidenti İlham Əliyev Tehranda rəsmi səfərdədir.

Bu barədə AzVision.az İranın "Mehrnews" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad beynəlxalq hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.

***

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.

Rəsmi qəbul mərasimi Sədabad sarayında təşkil olunub.

Qeyd edək ki, bu, son iki ildə ölkə başçısının qonşu dövlətə 3-cü rəsmi səfəridir.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti