Ruhaninin İlham Əliyev üçün hazırladığı xüsusi plan

Ruhaninin İlham Əliyev üçün hazırladığı xüsusi plan
  23 Fevral 2016    Oxunub:5445
Bu gün İran prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Azərbaycanlı həmkarı İlham Əliyevə Xəzərdə neft-qaz əməkdaşlığına dair yeni planı rəsmən təqdim edəcək.

AzVision.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Nəmdar Zənganə deyib.

Nazirin sözlərinə görə, səfər çərçivəsində hər iki ölkənin dövlət başçısı Xəzər dənizində neft və qaz yataqlarının istismarında iştirak məsələsini müzakirə edəcək:

"Hər iki ölkə arasında danışıqlar yüksək siyasi səviyyədə həyata keçiriləcək".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti