
“Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq. Bundan başqa iki ölkə arasında azad iqtisadi zonalara birgə investisiya qoymaq imkanları müzakirə edildi. İranın "Araz", "Ənzəli" və "Maku" azad iqtisadi zonalarına investisiya yatırmaq üzrə gələcək əməkdaşlıq diqqət mərkəzində oldu.

Enerji əməkdaşlığına gəlincə, neft və qaz məsələləri, elektrik enerjisinin mübadiləsi, eləcə də Xəzərdə karbohidrogenlərin birgə hasilatı üzrə konstruktiv danışıqlar apardıq. Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur".

İran prezidenti görüşdə islam dini ilə bağlı məsələlər və Suriya problemi də müzakirə edildiyini bildirib: `Biz regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həll olunacağına inanırıq`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


