Erməni deputatları utandıracaq sözlər: `Ayıbdır, öpüşməyin...`

Erməni deputatları utandıracaq sözlər: `Ayıbdır, öpüşməyin...`
  23 Fevral 2016    Oxunub:4235
`Erməni deputatların hər gün parlamentdə görüş zamanı öpüşmələri kənardan olduqca pis görünür`.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Aram Manukyan bildirib.

Deputat həmkarlarını bu ənənəyə son qoymağı çağırıb: “Nümunə olaraq bizim partiyadan olan deputatlara hər gün öpüşməyi qadağan etmişəm. Bu, yaxşı görünmür. Sizin bu hərəkətiniz digərlərinə nümunə olur. Bu vərdiş bizə Gürcüstandan gəlib. Orada kişilər hər gün bir-birilərini öpür. Belə etməyin, yaxşı deyil. Uşaqlar görür!”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti