SOCAR Hyustonda ofis açır

SOCAR Hyustonda ofis açır
  24 Fevral 2016    Oxunub:1660
"SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
Bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.

O xatırladıb ki, şirkətin hazırda Kanadanın Kalqari şəhərində ticarət nümayəndəliyi var: "Buradakı nümayəndəlik aktiv şəkildə ABŞ və Kanada arasında ticarət imkanlarını araşdırır".

"SOCAR Trading" şirkəti 2007-ci ilin sonlarında Cenevrədə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti