Xocalı soyqırımının şahidi Bakıya gəlir – VİDEO

Xocalı soyqırımının şahidi Bakıya gəlir – VİDEO
  24 Fevral 2016    Oxunub:2387
Fevralın 24-də Xocalıda azərbaycanlıların soyqırımının şahidi, sabiq ukraynalı pilot Lepnid Markoviç Kravets Bakıya gəlir.

Bu barədə Ukraynada Azərbaycanlıların Diaspor Birliyinin sədri, Ukraynanın Türk Şurasının baş koordinatoru Hikmət Cavadov bildirib.

Cavadov qeyd edib ki, Leonid Kravets üç gün ərzində Xocalı soyqırımının növbəti ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək.

Kravets jurnalistlər üçün mətbuat konfransı keçirəcək, həmin faciə haqqında xatirələrini bölüşəcək. Həmçinin, mətbuat konfransında Ukrayna Rəssamlar İttifaqının üzvü, Ukraynada Azərbaycan diasporunun fəal üzvü Rasim Seydimovun rəsm əsərləri nümayiş etdiriləcək.

Sabiq ukraynalı pilot “Cəhənnəmi görən pilot” filminin baxışında iştirak edəcək. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilib. Film Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.

Əsərin ideya müəllifi və direktoru Ukraynada Azərbaycanlıların Diaspor Birliyinin sədri, Ukraynanın Türk Şurasının baş koordinatoru Hikmət Cavadov, rejissoru Elmar Məlikovdur.

Fevral ayının 27-də Leonid Kravets azərbaycanlı jurnalistlərin müşayiəti ilə Gəncəyə yola düşəcək. O, əsgəri xidmətinin məhz həmin şəhərdə keçirib, bu şəhərdən də fevral ayının 27-də Azərbaycanın dinc sakinlərinin vəhşicəsinə qətlə yertirildiyi Xocalıya uçub.

Qeyd edək ki, Ukraynaya qayıtdıqdan sonra L.Kravets Ukraynanın birinci prezidenti Leonid Kravçukun şəxsi pilotu olub.




Teqlər:





Xəbər lenti