Avropada yeni miqrant qorxusu
Macar KİV-ləri qeyd edirlər ki, miqrantlar Balkan yarımadasından keçən ənənəvi marşrutdan imtina edirlər. Çünki hazırda Avropa İttifaqı sərhədlərində mühafizə xeyli gücləndirilib. Bundan başqa, Egey dənizində də nəzarət yüksək səviyyəyə çatdırılıb. Makedoniyanın da öz sərhədlərini qapatdığı təqdirdə qaçqınlar Avropa İttifaqı ərazisinə Yunanıstanın qərb sahilindən, yaxud Albaniyadan dənizlə İtaliyaya keçməyə cəhd edə bilərlər.
Fevralın 20-də Liviya sahillərində fəlakətə uğramış 240 qaçqın xilas edilib. Onlar Aralıq dənizi ilə İtaliyaya yollanırdılar. Təəssüf ki, bu sayaq təhlükələr miqrantları qorxutmur. (Azərtac)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


