Dünyanın ən qorxunc həbsxanası bağlanır

Dünyanın ən qorxunc həbsxanası bağlanır
  24 Fevral 2016    Oxunub:2791
“Quantanamo həbsxananın saxlanması ABŞ-ın dəyərlərinə ziddir və bu onun dünyadakı imicinə ləkə gətirir”
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.

O, həbsxananın bağlanması planını dəstəklədiyini bildirib. Prezident hazırda bu həbsxanada saxlanılan 35 məhbusun digər ölkələrə veriləcəyini, həmçinin digər məhbusların işinə baxılmasının tezləşdiriləcəyini bidirib.

Administrasiyanın yüksək səviyyəli rəsmisi bildirib ki, həbsxananın bağlanması milli təhlükəsizlik sahəsində prioritetdir. O əlavə edib ki, hərbi obyekt cihadçıları "ruhlandıraraq", terrorçuların öz sıralarına yeni qüvvələr toplamasından əsas vasitələrdən birinə çevrilib.

Qeyd edək ki, prezident Obama 2008-ci ildə hakimiyyətə gəldiyi vaxtdan həbsxananın bağlanmasının əhəmiyyətini vurğulamışdı. İndi onun prezidentliyi dövrünün başa çatmasına bir ildən az vaxt qaldığı zaman həbsxanada hələ də 91 məhbus saxlanır.

ABŞ Müdafiə Nazirliyinin Konqresə Kubanın Quantanamo həbsxanasının bağlanmasına dair hesabatda 30-dan tutmuş 60-a qədər məhbusun Birləşmiş Ştatlar daxilində 13 mümkün obyektə göndərilməsi məsələsi qaldırılıb. Bununla belə, sənəddə ABŞ-dakıhansısa bir obyekt göstərilmir. Belə mümkün saxlanma obyektləri Kanzas, Kolorado və Cənubi Karolina ştatlarındakı həbsxanalar, ya da hərbi obyektlər ola bilər.

Administrasiyanın yüksək səviyyəli rəsmisi bildirib ki, məhbusları Kubadan ABŞ-a göndərməklə Pentaqon ildə 65 milyondan 85 milyona qədər vəsaitə və növbəti 3-5 il ərzində məhbusların köçürülməsi üçün lazım olan maliyyə resurslarına qənatə edə bilər.

Pentaqonun məlumatına görə, həbsxananın bağlanması 290-475 milyon dollara başa gələ bilər.


Teqlər:





Xəbər lenti