Tramp yenə qalib gəldi

 Tramp yenə qalib gəldi
  24 Fevral 2016    Oxunub:2091
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Nevada ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.
Bu barədə AzVision.az `CNN` telekanalına istinadən xəbər verir.

Tramp seçicilərin 42%nin səsini toplayıb. Onun rəqibləri Ted Kruz və Marko Rubio isə müvafiq olaraq 22,8% və 21,8% səs yoplaya bilib.

Qeyd edək ki, Nevada ştatında qalib gələn namizəd iyul ayında keçirilən partiya qurultayında 30 səs toplayacaq.

Respublikaçılardan olan namizəd prezident seçkisində iştirak etmək üçün 1237 deputatın səsini yığmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti