Qəzada yaralananların adları açıqlandı - Yenilənib

Qəzada yaralananların adları açıqlandı - Yenilənib
  24 Fevral 2016    Oxunub:3785
Bu gün səhər saatlarında Bakının Nizami rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, 13 sərnişin yaralanıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, qəza ilə bağlı saat 09:48 radələrində təcili tibbi yardıma müraciət olunub. Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım maşını əraziyə göndərilib.

Onun sözlərinə görə, yaralıların hamısı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bu gün Bakının Nizami rayonunda 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusu “Nissan” markalı minik avtomobili ilə toqquşub.

***

Avtobus qəzası nətciəsində xəstəxanaya yerləşdirilən yaralalıların sayı 4 nəfərdir.

Bunu 3 saylı şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsindən bildiriblər.

Yaralanan şəxslər bunlardır - Xəlilova Münəvvər, Səmədv Emin, Ağayarov Sadiq və Musayev Rafael.

Xəstəxanadan deyiblər ki, onların hamısının vəziyyəti ağır olduğu üçün saxlanılıblar: "Onlar döş qəfəsindən xəsarətlər alıblar. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar". (Trend)

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  



Xəbər lenti