Divanından 3 milyon pul çıxan azərbaycanlı tutuldu

Divanından 3 milyon pul çıxan azərbaycanlı tutuldu
  24 Fevral 2016    Oxunub:8240
Rusiyanın Nahodka şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 41 yaşlı azərbaycanlı Postışev küçəsində `Tayota Aksio` avtomobili ilə narkotik satarkən iş başında tutulub.

Onun evinə baxış keçirilən zaman narkotik maddə, həmçinin üç milyon rubl məbləğində vəsait müsadirə olunub.

Narkodiler pulları divanın içərisində gizlədibmiş.

Məlumatda, həmçinin həmyerlimizin həyat yoldaşının da narkotik satışına görə həbs olunduğunu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti