`Bizi türklərin yanında pərt etməyin` - Rusiyalı nazir

`Bizi türklərin yanında pərt etməyin` - Rusiyalı nazir
  24 Fevral 2016    Oxunub:4182
Rusiyanın daxili işlər naziri Vladimir Kolokolçev sabah Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq “Lokomotiv” futbol klubunun fanatlarına müraciət edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Ümüd edirik ki, siz rəqiblə mübarizədə idmançılara səmimi dəstəyinizi ifadə edəcək, ölkəmizi ləyaqətlə təmsil edə biləcəksiniz”, - deyə nazir bildirib.

Kolokolçev xəbərdarlıq edib ki, tribunda və küçələrdə asayişi pozan azarkeşlər cəzalandırılacaq.

“Baş verəcək xoşagəlməz hadisələr ölkəmizin beynəlxalq imicinə təsir edəcək”,-deyə nazir fanatları Rusiyanı türklərin yanında pərt etməməyə çağırıb.

Qeyd edək ki, fevralın 16-ı UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti