Türk deputat Xocalıdan yazdı: `İnsanlığın şərəfi qətl edildi`

Türk deputat Xocalıdan yazdı: `İnsanlığın şərəfi qətl edildi`
  24 Fevral 2016    Oxunub:2781
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Xocalı soyqırımı haqqında məqalə yazıb.
AzVision.az həmin məqalədən bir hissəni təqdim edir:



“Hər qış gələndə bir çox insanlar soyuqdan qorunmaq üçün hansı ölkəyə və ya çoğrafi əraziyə diqqət yetirərək ölkə siyahılarını qarşısına qoyur. Əgər Azərbaycanda yaşayırsınızsa, bu seçim sadəcə təfərrüatdır. Azərbaycanda yaşayırsınızsa, insanlıqdan kənar hücuma və ya qətliama məruz qalmanın mövsümüdür – Qış. Bakıda və Xocalıda yaşanan qətliamlar hər zaman Qışda olub.

Soyuq bir qış səhəri eyvandan çıxıb baxaraq, bu gün görəsən uzaqlardan gəlib məni, sevdiklərimi, qonşularınızın öldürüləciyini düşünün. Ya da səhər tezdən əlinizdə bir fincan çay içərkən həyətdə oynayan uşaqların yerdə yatan cəsədlərini xəyal edin. Çılpak ayaz vaxtında qarşıdakı təpələrdə sevdiklərinizin vəhşilikdən qorumaq üçün çarəsizcəsinə addımladığınızı xəyal edin. Təsəvvür etmək belə çətindir, eləmi? O, zaman Xocalı soyqırımını oxumamısınız və qətliam haqqında eşitməmisiniz”.

Millət vəkili fikrilərini belə davam etdirib: “Xocalıda bundan sonra mövsüm dəyişməyib. Ey insan oğlu sən ki, ən şərəfli məxluqsan. Allah minlərcə Rəsul göndərib. Əlində vəhşiliyi yazan heç bir müqəddəs kitab olmadığı halda, sən bunun adına inac deyib necə məzlumun canına qıydın? Bundan sonra şərəf axtarma.

İnsanlığın Şərəfi Xocalıda qətl edildi

24 il oldu. Bu gün səhər sübh namazından sonra eyvandan baxdım və ilk olaraq oğlum, qızlarım, nəvələrim ağlıma gəldi. Üfüqdə şanlı Türk bayrağı. Sərhəddə Türk ərləri. Güclü ordumuzun varlığı hesabına sərhədlərimizin yaxınlığında belə hər hansı bir düşmənin mövcud olması xəyaldır.

Mən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən seçilən talehli millət vəkiliyəm. Xocalını Məclis kürsüsündən dəfələrlə haykırmışam. Allah mənə ömür verdikcə, bunu edəcəyəm.

BMT-yə bir dosya. Minsk Qrupunun insanlıq şərəfindən ən kiçik belə nəsibini almaması da bir dərddir. Qafqaz siyasətində neft rezervləri üzərindən edilən imperial baxışın içində küçük bir nöqtə. Silah tacirləri üçün mənfəət siyahısında gəlir qələmi. Tarixçilər üçün bir paraqraf. Seçiçi arxasınca qaçan (Xristian seçiçilər üçün nəzərdə tutulan propaqanda) siyasətçilər üçün adı belə xatırlanmayan bir mövzu.

Qərb fəlsəfəsindən dəm vurub, özünü siyasətdə sülh və azadlıq çarçısı kimi tanıdanların ağzından çıxanlara baxanda nə Şərqi, nə də Qərbi qınamıram. “Sənin Suriyada nə işin var?” sözünün sahibi qərbli və ya şərqli deyil. Xocalı haqqında da belə demişdilər. Onları qınayırıq. Arif olana anlamaq elə də çətin deyil.”

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti