Putindən Əsədə kritik zəng: `Yardım etməyə hazırıq`

Putindən Əsədə kritik zəng: `Yardım etməyə hazırıq`
  24 Fevral 2016    Oxunub:3184
Rusiya və Suriya prezidentləri arasında telefon danışığı olub.
AzVision.az `TASS`-a istinadən xəbər verir ki, Vladimir Putin və Bəşər Əsəd Suriya münaqişəsinin nizamlanmasını, ABŞ və Rusiya arasında imzalanan Suriyada atəşkəsin tətbiq olunmasına dair bəyanatı müzakirə ediblər.

Bəşər Əsəd bu bəyanatın münaqişənin siyasi yolla həlli istiqamətində atılan vacib addım olduğunu bildirib. O, Suriya hökumətinin atəşkəsin tətbiq olunmasına yardım etməyə hazır olduğunu vurğulayıb.

Bununla yanaşı, Putin və Əsəd İŞİD, “Cəbhət ən-Nüsra” və digər terrorçu qruplaşmalara qarşı güzəştsiz mübarizənin davam etdirilməsinin vacibliyini də qeyd ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti