Prezident Hakan Şükürü həbs etdirir
Məlumata əsasən, İstanbul prokurorluğu `Twitter` sosial şəbəkəsində Ərdoğanı tənqid etdiyi üçün 44 yaşlı Hakan Şükürə qarşı ittiham irəli sürüb.
Futbolçunun Türkiyə prezidentini necə təhqir etməsi barədə məlumat verilmir.
Qeyd edək ki, Hakan Şükür İtaliyanın `İnter`, `Parma`, `Qalatasaray` və Blekburn` klublarında oynayıb. Türkiyə millisinin heyətində futbolçu 112 oyuna çıxıb və 51 dəfə fərqlənə bilib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


