Yanukoviçin iqamətgahı dağıdıldı

Yanukoviçin iqamətgahı dağıdıldı
  25 Fevral 2016    Oxunub:2383
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ölkənin şərqində yerləşən ov iqamətgahı dağıdılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, eks-prezidentin iqamətgahında 3 stul, 4 stol və divandan başqa heç nə qalmayıb.

Qarətçilərin ətrafdakı iki ev və kompleksdə də soyğunçuluq törətdiyi məlum olub.

Qeyd edək ki, Viktor Yanukoviç 2014-cü ildə Ukraynada dövlət çevrilişi zamanı ölkəsindən qaçıb. O, hazırda Rusiyada yaşayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti