Bir kəndin bütün kişiləri edam edilib

Bir kəndin bütün kişiləri edam edilib
  25 Fevral 2016    Oxunub:4081
“Hazırda ölkənin Sistan-Bəlucistan əyalətində bir kənd var ki, bu kəndin bütün kişiləri narkotik maddələrin qaçaqmalçılığına görə edam edilib”.
AzVision.az xəbər verir ki, bunu İran prezidentinin qadınlar və ailə məsələləri üzrə azərbaycanlı müavini Şəhindoxt Mövlaverdi deyib. Onun sözlərinə görə, edam edilən həmin şəxslərin övladları bu gün potensial narkotik qaçaqmalçılarıdır:

“Çünki bir tərəfdən onlar edam edilən atalarının intiqamını almağa qalxa bilər, ya da ailənin maddi ehtiyaclarını təmin etmək üçün atalarının yolunu gedə bilərlər. Bu insanlara niyə heç bir dəstək verilmir və onların sonrakı taleyinə niyə laqeyd yanaşılır.

Hesab edirik ki, əgər bu kimi ailələrə dəstək verilməsi, onlar da sabah hansısa bir cinayətə sövq edilə bilərlər. Güman edirəm ki, cəmiyyət, öz başçısının törətdiyi əməlin qurbanına çevrilən belə başsız ailələrin taleyi qarşısında məsuliyyət daşımalıdır”.

Şəhindoxt Mövlaverdiyi bildirib ki, ölkədə edam edilən şəxslərin ailə üzvlərinə dəstək qanunu 5-ci inkişaf proqramından tamamilə çıxarılmışdı, lakin Ruhani hökuməti həmin qanunu 6-cı inkişaf proqramına yenidən daxil edib:

“Bir çox nümunələr var ki, misal üçün bir ailənin başçısı, narkotik maddələrinə və ya digər bir ittihama görə zindana düşüb və ya edam edilib və qanun həmin şəxsin mülkiyyətini müsadirə edib. Halbuki həmin şəxsin sahibi olduğu misal üçün kiçik bir ev, onun arvad-uşaqlarının yeganə sığınacağıdır. Görəsən qanunnun, evi müsadirə edilən belə bir şəxsin arvad-uşaqları qarşısında məsuliyyəti nədən ibarətdir. Bizim icra qurumlarımız bu məsələyə necə yanaşmalıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti