Mexikoda Xocalı qurbanları anılıb
Tədbiri giriş sözü ilə açan səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, insanlıq əleyhinə törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edib.
Tədbirdə söz alan səfirliyin 1-ci katibi Tural Rəhimov Xocalıda baş verən hadisələrin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və bu məqsədlə tədbirin keçirildiyi Tlakskoake-Xocalı meydanında yerləşən 16-cı əsrə aid tarixi kilsədə kilsə zəngləri çalınıb.
Eləcə də, Azərbaycanla həmrəyliyin nümayişi olaraq üzərində “Xocalıya ədalət” yazılan köynəklər geyinmiş meksikalı tələbələr eyni yazıları əks etdirən hava şarlarını səmaya buraxıblar. Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


