Prezidenti stadionda fitə basdılar - VİDEO
Məlumata əsasən Kiyevin `Olimpiyskiy` stadionunun direktoru ikinci hissənin ortalarında azarkeşləri tribunada ölkə prezidentinin olması haqda məlumatlandırıb. Azarkeşlər isə buna cavab olaraq prezidenti fitə basıblar.
Poroşenko oyunu Ukraynanın şərqində anti-terror əməliyyatının keçirildiyi vaxtda izləyib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında səfərdə "Dinamo" (Kiyev) ilə qarşılaşan "Mançester Siti" 3:1 hesablı qələbə qazanıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


