İlham Əliyev Putinlə danışdı

İlham Əliyev Putinlə danışdı
  27 Fevral 2016    Oxunub:2763
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AzVision.az Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən gün də İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığı zamanı prezidentlər ABŞ və Rusiya arasında Suriyada döyüşlərin dayandırılmasına dair atəşkəs planı haqda fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:  



Xəbər lenti