Ukraynada ölüm hökmü bərpa edilə bilər

Ukraynada ölüm hökmü bərpa edilə bilər
  27 Fevral 2016    Oxunub:1792
Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında ölkədə ölüm hökmünün bərpa edilməsi ilə bağlı petisiya başlayıb.
Rusiyanın NTV telekanalı xəbər verir ki, petisiyanın müəllifləri ölüm hökmünün tətbiq olunmasının vacibliyini “daxili və xarici düşmənlərin yüksək səviyyəli təsiri”, həmçinin ölkədə “əsaslı dəyişikliklər dövrü” ilə izah edirlər.

Sənəddə, eyni zamanda, ölüm hökmünün ABŞ və Çində də mövcud olduğu vurğulanır.

Petisiya ən azı 25 min imza yığacağı təqdirdə, prezident ona öz münasibətini bildirməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti