Janna Darkın üzüyü 420 min dollara satıldı
Vesti.ru xəbər verir ki, həm telefon və internet, həm də birbaşa hərrac zalında onlarla kolleksiyaçı tarixi hadisələr nəticəsində ingilis kralı VII Henrixin (1457-1509) əlinə keçən və satış tavanı 21 min dollar məbləğində qiymətləndirilən XV əsrin zinət əşyasına sahib olmaq uğrunda mübarizə aparıb. Son mərhələdə iki kolleksiyaçının bəhsləşməsi nəticəsində təklif olunan məbləğlər lotun real qiymətini on dəfələrlə üstələyib.
Xatırladaq ki, Yüzillik müharibədə fransız qoşunlarının birinə başçılıq edən Janna Dark burqundiyalılara əsir düşüb və sonradan ingilislərə təhvil verilib. Cadugərlikdə ittiham edilən qadın sərkərdə 1431-ci ildə tonqalda yandırılıb. Sonradan isə reabilitasiya olunaraq müqəddəslər sırasına salınıb.







Vaxtında, Aydın, Lazımlı!


