Azərbaycanlılar İranda etiraza qalxdı - Seçki saxtakarlığı

Azərbaycanlılar İranda etiraza qalxdı - Seçki saxtakarlığı
  29 Fevral 2016    Oxunub:4822
İranın Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində İran parlamentinə kürd namizəd, Əbdülkərim Hüseynzadənin xeyrinə edilən seçki saxtakarlığına qarşı etiraz aksiyası keçirilib.

Azərbaycan türklərindən olan minlərlə aksiyaçı, Sulduz fərmandarlığının binası qarşısında toplaşaraq 20 min nəfərin kənar yerlərdən Üşnəviyyəyə gətirilməsinə və onların kürd Əbdülkərim Hüseynzadənin xeyrinə səs verməsinə etiraz bildiriblər.

Etirazçılar bildiriblər ki, Üşnəviyyə şəhərində əhalinin səsverməyə qatılması 140 faiz həddində olsa da, fərmandarlıq saxtakarlıq edərək bu rəqəmin 80 faiz olduğunu elan edib.

Aksiyaçıların dediyinə görə, kürd namizədin xeyrinə 40 mindən çox saxta səs qutulara salınıb və hökumət qurumları da qəsdən buna şərait yaradıblar. Üşnəviyyə fərmandarlığı isə bildirib ki, Əbdülkərim Hüseynzadə 62 min seçicinin səsini qazanaraq Sulduz (Nəqədə) və Üşnəviyyə şəhərlərindən İran parlamentinə deputat seçilib.

Yayılan məlumatlara görə, Aərbaycan türklərinin seçki saxtakarlığına qarşı etirazları davam edir.

Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçirilib. Seçkilərdə prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr parlament seçkilərində böyük qələbə qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti