Di Kaprio `Oscar` aldı – Qaliblərin siyahısı -(YENİLƏNİB)

  29 Fevral 2016    Oxunub : 14349
Di Kaprio `Oscar` aldı – Qaliblərin siyahısı -(YENİLƏNİB)
Amerika Kino Akademiyası 88-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.

Fevralın 28-də Los-Ancelesdəki “Dolbi” teatrında keçirilən mərasimdə tamaşaçılar səhnədə aktrisa Vupi Qoldberqi, müğənnilər Farrell Uilyams və The Weekndi, eləcə də Benisio del Toronu, Kevin Hartı, Tina Feyi, Rayan Qoslinqi, Ledi Qaqanı, Sem Smiti, Şarliz Teronu və Ceykob Trambleni görüblər.

AzVision.az xəbər verir ki, 2016-cı ilin ən yaxşı rejissoru nominasiyasında `Sağ qalmış` filminin rejissoru Alehandro Qonsales İnyarittu qalib gəlib.

Qeyd edək ki, o, ötən ildə `Birdman` filminə görə bu mükafata sahib olmuşdu.

İlin ən yaxşı filmi nominasiyasında `Diqqət mərkəzində` (Spotlight) filmi qalib gəlib.

2016-cı ildə ən yaxşı kişi roluna görə, Leonardo Di Kaprio, ən yaxşı qadın ifaçısı isə `Otaq` filmində rol alan Bri Larson qalib gəlib.

Ən yaxşı ikinci dərəcli kişi roluna görə, `Casus körpüsü` filmində rol alan, Mark Raylans, ən yaxşı ikinci dərəcli qadın roluna görə isə `Danemarkadan olan qız` filmində rol alan Alisiya Vikander qalib gəlib.

Xarici dildə ən yaxşı film – `Soulun oğlu`

Ən yaxşı bəstəkar – Ennio Morrikone - `İyrənc səkkizlik`

Ən yaxşı original ssenari - Coş Sinqer, Tom MakKarti - `Diqqət mərkəzində`

Ən yaxşı adaptasiya olan ssenari – Çarlz Rendolf, Adam maKey `Aşağısalma oyunu`

Ən yaxşı operator – Emmanuel Lyubetski

Ən yaxşı vizual effektlər – `Maşından olan`

Ən yaxşı kostyum dizaynı - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı qrim və saç - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı quruluşçu- rəssam - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı animasiya filmi – `İnside out` (Tapmaca)

Ən yaxşı sənədli film – `Emi`

Ən qısametrajlı film - `Dovşan`

Ən yaxşı qısametrajlı animasiya filmi - `Çayda qız: Üzrxahlıq qiyməti`

Ən yaxşı montaj - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı səs montajı - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı səs quraşdırılması - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı film - ` 007:Spektr`: Writing’s On The Wall

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: