Üç dəfə `Oskar` alan `Keçi` - DOSYE (VİDEO)
Bu dəfə o, `The Revenant` (Sağ qalmış) filminə görə bu ali mükafata layiq görülüb. Qeyd edək ki, Lubezki daha əvvəl `Gravity` (Qravitasiya) və `Birdman` filmlərinə görə `Oscar` almışdı.
Lubezki 1964-cü ildə Meksikada yəhudi ailəsində anadan olub. Onun atası – Muni Lubezki aktyor, anası Rakel Lubezki prodüser olub. O, öz karyerasına 1980-cı illərdə Meksika kino və telestudiyasında başlayıb.
Emmanuelin ABŞ-da ilk filmi 20 dollarlıq əsginasın səyahətindən bəhs edən `20 dollar` filmi olub.
Lubezki sonrakı altı film `Solo con tu Pareja` (1991), `Balaca şahzadə` (1995), `Böyük ümidlər` (1998), `Sənin də ananı...` (2001), `İnsan övladı` (2006) və `Qravitasiya` (2013) filmlərinin çəkilişləri zamanı dostu, meksikalı kinorejissor Alfonso Kuaronla işləyib.
Lubezki karyerası ərzində Mayk Nikolas, Tim Börton, Maykl mann, Terrens Malik, Martin Skorseze və Alehandro Qonsales İnyarittu ilə işbirliyində olub.
Bəzən o film titrlarında adını `Chivo` kimi qeyd edir ki, bu da ispan dilində keçi deməkdir. Məhz Leonardo Di Kaprio da Oskar mükafatını alan zaman Lubezkini `Chivu` adlandırıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


