Putin Kadırovu yola salır? - Kremldən açıqlama

Putin Kadırovu yola salır? - Kremldən açıqlama
  01 Mart 2016    Oxunub:5713
Kreml Çeçenistan prezidenti Ramzan Kadırovun hakimiyyətdən getmək istəyi ilə bağlı fikrinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kadırovun postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur.

`Bu məsələ üçün Rusiya prezidentinə müraciət olunmalıdır və yalnız onun qərarından sonra Çeçenistanın rəhbərliyi müəyyən oluna bilər`.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadirov müsahibə verərək, hakimiyyətdən getmək istədiyini bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti