Onlar Türkiyənin ən zəngin insanlarıdır

Onlar Türkiyənin ən zəngin insanlarıdır
  01 Mart 2016    Oxunub:2802
Forbes jurnalı Türkiyənin “100 ən zəngin insan”ının adını açıqlayıb.
Nəşrin məlumatına görə, Türkiyənin ən varlı adamı Murat Ülkerdir. Onun sərvəti 2,9 milyard dollardır.

M.Ülkər ötən il də siyahıya liderlik edirdi. Lakin həmin vaxt onun sərvəti 4,4 milyard dollar idi.

ZƏnginlərin siyahısında ikinci yerin sahibi 2,6 milyard dollarlıq sərvəti ilə Hüsnü Özyeindir. Üçüncü sırada isə 2,4 milyard dollar sərvətə sahib Fərid Şahenk qərarlaşıb.

Türkiyənin ən zəngin ailəsi 8,74 milyard dollarlıq varidatı ilə Koç ailəsidir. Ailə sərvətinin böyüklüyünə görə, siyahıda ikinci sırada Sabancı (6,2 milyard), üçüncü sırada isə Ülkər (4,77 milyard) ailəsi yer alıb.

Qeyd edək ki, siyahıdakı milyarderlərin ümumi sərvəti 94,7 milyard dollardır. Onlardan 58-i turizm, 43-ü maliyyə, 39-u pərakəndə satış sektorunda fəaliyyət göstərir. 114 zəngindən 21-i qadındır.

AzVision.az


Teqlər:  





Xəbər lenti