Azərbaycan Avropaya televizor satacaq - 180 dollara
Şirkətin direktoru Mixail Qlontinin sözlərinə görə, televizorun qiyməti 180-280 ABŞ dolları arası dəyişəcək: “Gürcüstan televizorları xarici brendlərdən daha ucuz olacaq. 180 dollara 32 dyum (81 sm), 280 dollara isə 40 dyumluq (101 sm) televizor satılacaq”.
Onun sözlərinə görə, gələcəkdə televizorlar Avropa bazarlarına da çıxarıla bilər.
Gürcüstan – Azərbaycan birgə şirkəti olan “AG Telekom 2013-cü ildə Rustavi şəhərində fəaliyyətə başlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


