Di Kaprio `Oskarı`nı restoranda unutdu - VİDEO

Di Kaprio `Oskarı`nı restoranda unutdu - VİDEO
  01 Mart 2016    Oxunub:3686
“Sağ qalmış” filmində oynadığı rola görə ən yaşı kişi ifaçısı nominasiyasında “Oscar” mükafatı alan Hollivud ulduzu Leonardo Di Kaprio öz mükafatını yaddan çıxardaraq restoranda qoyub.
Bu barədə AzVision.az `TMZ`-yə istinadən xəbər verir.

Məlumata əsasən `TMZ`-nin müxbiri `Oscar` gecəsi əyləncisini görüntülüyə bilib.

Di Kaprio və onun həmkarları mükafatı Los Anceles restoranlarının birində baş tutan görüş zamanı qeyd ediblər. Şənlikdən sonra aktyor restorandan küçəyə çıxıb və bir neçə şəxsin müşayiəti ilə avtomobilə yaxınlaşıb. Bu zaman digər şəxs əlində `Oscar`la özünü aktyorun yanına çatdırıb.

`Siz bunu özünüzlə aparmaq istəyərdinizmi?`, - deyə o, Di Kaprioya `Oscar` mükafatını göstərərək deyib.

`Deniyə ver`, - deyə aktyor yanındakı şəxslərdən birini göstərib. Di Kaprionun özü isə digər şəxsin içki şüşəsini göstərib.

`BangShowBiz`-un məlumatına görə, qonaqlar restoranda Di Kaprionun `Oskarı`nı bir-birilərinə ötürərək `Canavar dəstəsi, canavar dəstəsi` -deyə qışqırıblar.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti