`İstefa vermək niyyətim yoxdur` - Bəşər Əsəd

`İstefa vermək niyyətim yoxdur` - Bəşər Əsəd
  02 Mart 2016    Oxunub:1655
Yalnız Suriya vətəndaşlarının kimin prezident olacağına dair qərar qəbul etmək hüququ vardır.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Almaniyanın ARD telekanalına müsahibəsində bəyan edib.

“Mən, təbii ki, istefaya getmək niyyətində deyiləm. Bu bizim işimiz, Suriyanın işidir. Mənim siyasi taleyim təkcə suriyalıların iradəsindən asılıdır” - deyə Suriya Prezidenti vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti