Məşhur iş adamı 27 milyard pul itirib

Məşhur iş adamı 27 milyard pul itirib
  03 Mart 2016    Oxunub:3438
Məşhur `Forbes` jurnalı 2015-ci ildə dünyada ən çox pul itirən şəxsin adını açıqlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il dünyanın ən varlı ikinci adamı olan Karlos Slim Helu bu il dördüncü yerdə qərarlaşıb.

Telekommunikasiya nəhəngi Karlos Slim Helu 27,1 milyard dollar pul itirərək milyaderlər siyahısında geriləyib.

Slimin sərvəti azalaraq 50 milyard dollar olub.

Qeyd edək ki, iqtisadi böhranla əlaqədar bir çox milyarderlər küllü miqdarda pul itirib.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:



Xəbər lenti