Putinin əvəzinə Ərdoğan dəvət edildi – Diplomatik Qalmaqal

Putinin əvəzinə Ərdoğan dəvət edildi – Diplomatik Qalmaqal
  03 Mart 2016    Oxunub:6017
Bolqarıstan hakimiyyəti ölkənin Osmanlı imperiyasından azad edilməsi ilə bağlı keçirilən tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət göndərib.
AzVision.az Bolqar KİV-nə istinadən xəbər verir ki, ölkə rəhbərliyi tədbirdə iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putinə dəvət göndərməyib.

Məlumatda hakimiyyətin bu qərarına səbəb kimi Türkiyə ilə siyasi yaxınlaşmanın olduğu göstərilib.

Bolqarıstanda ruslardan çox, türk əsgərlərinin öldüyü əsas arqument kimi qeyd edilib.

Mərasimə Putinin də dəvət ediləcəyi gözlənilirdi. Bolqarıstanın bu addımının Rusiya ilə diplomatik qalmaqala səbəb olacağı iddia edilir.

Xatırladaq ki, 1396-cı ildən 1878-ci ilə qədər Bolqarıstan Osmanlı imperiyasının tərkibində olub. Rusiyanın 1877-1878-ci illərdə rus-türk müharibəsində qələbəsi nəticəsində iki ölkə arasında bağlanımış “San-Stefan” müqaviləsi əsasında Bolqarıstan müstəqillik qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti