Kerrinin Kubaya kritik səfəri təxirə salındı

Kerrinin Kubaya kritik səfəri təxirə salındı
  04 Mart 2016    Oxunub:1468
ABŞ-ın dövlət katibi Con Kerrinin mart ayına nəzərdə tutulan Kuba səfəri ləğv edilib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən səfər çərçivəsində tərəflərin insan haqlarının qorunması məsələsini müzakirə etməsi gözlənilirdi. Səfərin ləğv edilməsinin səbəbi hələki açıqlanmayıb.

Xatırladaq ki, Con Kerri ötən il avqust ayında Kubada ABŞ səfirliyinin açılması mərasimində iştirak etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın bu ay Kubaya səfər edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti