Davudoğlu İrana gedir: Gündəmdə Azərbaycan layihəsidir

Davudoğlu İrana gedir: Gündəmdə Azərbaycan layihəsidir
  04 Mart 2016    Oxunub:2089
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün İrana səfər edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə. Davudoğlu İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüşdə Suriyada atəşkəsin qorunması, PYD terror təşkilatının fəaliyyəti və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

İrandan nəql olunan qazın qiymətinin endirilməsi ilə yanaşı, İranın Trans-Anadolu Boru Kəməri layihəsinə (TANAP) qoşulması da diqqət mərkəzində olacaq.

Xatırladaq ki, Türkiyə mavi yanacağın 30 faizini İrandan alır.

Qeyd olunub ki, İran üzərindən sanksiyaların götürülməsindən sonra iki ölkə arasında iqtisadi dövriyyənin iki il ərzində 30 milyard dollara çatdırılması da masa üzərində qoyulan sənədlərdən biri olacaq. Ümumilikdə isə tərəflər arasında 5 sənədin imzalanması gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  



Xəbər lenti