Bakı Tiflislə qaz məsələsində razılaşdı

Bakı Tiflislə qaz məsələsində razılaşdı
  04 Mart 2016    Oxunub:2338
SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılması ilə bağlı Memorandum imzalanıb.

AzVision.az `Qruziya Online`-a istinadən xəbər verir ki, memorandomu SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Azərbaycandan Gürcüstana əlavə olaraq hansı həcmdə qazın tədarük ediləcəyi barədə məlumat verilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti