Ermənstanda 12 minə yaxın rus yaşayır

Ermənstanda 12 minə yaxın rus yaşayır
  04 Mart 2016    Oxunub:2142
Ermənistan parlamentinə təqdim olunan yeni Seçki Məcəlləsi təsdiqlənəcəyi təqdirdə bu ölkənin parlamentində yezid, rus, assur və kürd xalqlarının hər biri bir mandat alacaq.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, yeni məcəllə milli azlıqlara kvota (əhalinin siyahıya alınmasına görə, ilk dördlükdə yer alan xalqlar) verilməsini nəzərdə tutur.

Ermənistan Milli Statistika İdarəsinin demoqrafiya və əhalinin siyahıya alınması şöbəsinin yaydığı məlumata görə, 2011-ci ildə bu ölkədə ən böyük milli azlıqlar – yezid, rus, assur və kürdlərdir.

Statistikaya görə, Ermənistanda 35380 nəfər yezid, 11911 nəfər rus, 2769 assur və 2062 kürd yaşayır.

Qeyd edək ki, yeni məcəllə Ermənistan hökuməti tərəfindən martın 3-də təsdiqlənib. Sənədin 9-10 mart tarixlərində parlamentə daxil olacağı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti