Dollar yenə bahalaşdı – 1,6105

Dollar yenə bahalaşdı – 1,6105
  04 Mart 2016    Oxunub:1901
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 7-nə rəsmi məzənnəsini 1,6105 AZN/USD səviyyəsində müəyyən edib.
Bu, gündəlik 0,54% artım deməkdir və indiyədək qeydə alınan ən yüksək rəsmi məzənnə hesab olunur.

AMB-dən AzVision.az verilən məlumata görə, bu gün rəsmi məzənnə 1,6019 AZN/USD olub.
Xatırladaq ki, sonuncu rekord məzənnə bu ilin yanvarın 25-də qeydə alınıb və 1,6054 AZN/USD olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti