`İran və `Qazprom`dan qaz almağa ehtiyac yoxdur - Kaladze
“Gürcüstanın Rusiyanın “Qazprom” şirkətindən əlavə həcmdə təbii qaz almasına zərurət yoxdur. Eyni zamanda şirkətlə hələ danışıqlar başa çatmayıb və müqavilə imzalanmayıb. Bir neçə gün öncə onlara (Rusiya-red) Gürcüstan tərəfinin son təklifini göndərdik. Bu təklifdə Gürcüstanın əvvəlki kimi tranzit haqqı olaraq 10 faiz təbii qaz alması əksini tapıb”.
Kaladze həmçinin əlavə edib ki, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasından sonra İrandan da qaz nəql etməyə ehtiyac yoxdur:
“Biz Azərbaycanla paralel İran tərəfi ilə də danışıqlar aparırdıq. Nəzəri cəhətdən İrandan qaz idxal etmək mümkündür. Lakin indiki durumda buna heç bir ehtiyac yoxdur. Təbii qazın tədarükü problemini Azərbaycanın SOCAR şirkəti həll edib. Gürcüstan Azərbaycandan əlavə 500 milyon kubmetr “mavi yanacaq” alacaq`.
Qeyd edək ki, bu gün Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alması ilə bağlı SOCAR və Gürcüstan hökuməti arasında Memorandum imzalanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


