Senat prezidenti məzəmmət etdi

Senat prezidenti məzəmmət etdi
  04 Mart 2016    Oxunub:2234
“Prezident öz ifadələrində ehtiyatlı olmalıdır. O, digər qanunverici orqanların əhəmiyyətini lazımınca qiymətləndirməlidir. Bununla bərabər, müttəfiqlər qarşısında götürülmüş öhdəlikləri və Çex Respublikasının dəyər oriyentasiyasını təhlükə altına atmamalıdır. Dövlət başçısı vəzifəsini tutduğu zaman öz sözləri və hərəkətləri ilə cəmiyyəti parçalamamalıdır”.
Belə bir qərar Çex Senatında aparılan müzakirələr zamanı qəbul edilib. Buna səbəb Prezident Miloş Zemanın mübahisəli ifadələridır. M.Zemanın mətbuat katibi İrji Ovçaçaek Senatın müzakirələrindən sonra “Twitter” şəbəkəsindəki profilində yazıb ki, prezident “ağzının qapadılmasına” imkan verməyəcək.

Səsvermədə 81 senatordan 35-i iştirak edib. Onlardan 18-i qərarın lehinə səs verib. Digər senatorlar nə müzakirələrdə, nə də səsvermədə iştirak edib. Müzakirələrə səbəb Prezident Zemanın Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əleyhinə çıxması, bir neçə namizədi professor vəzifələrinə təyin etməməsi, İslam əleyhdarı olan ekstremist blokun təmsilçiləri ilə eyni sırada nümayişə qatılması, habelə Baş nazirlə bağlı ictimai çıxışları olub. Dünən məhkəmədə qəbul edilmiş qərar isə etirazları daha da coşdurub.

Xatırladaq ki, məhkəmədə Miloş Zemanın məşhur jurnalist Ferdinand Peroutkanın nəvəsi Terezie Kaslovadan üzr istəməsi haqqında qərar qəbul edilib. Dövlət başçısı jurnalisti Hitlerə “rəğbət”də ittiham edib. (Azərtac)


Teqlər:



Xəbər lenti