İŞİD-ə qarşı `erməni soyqırımı` iddiası - Konqresdə qətnamə
AzVision.az xəbər verir ki, 75 saylı qətnamə layihəsində xristianlarla yanaşı ermənilərin də adı qeyd olunub. Bildirilib ki, İŞİD-in hücumları “müharibə cinayəti”, “insanlığa qarşı törədilən cinayət” və “soyqırım” kimi tanınmalıdır.
Qərarı müsbət qarşılayan “Ay data” erməni təşkilatının Vaşinqton bürosunun direktoru Aram Qəmbəryan Konqresə çağırış edib: “Hesab edirəm ki, Konqres bu qətnaməni ratifikasiya etməli, Barak Obama isə qol çəkməlidir”.
Qeyd edək ki, qərar Respublikaçı Partiyanın deputatları Cef Fortenberri və Anna Eşu tərəfindən hazırlanıb.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


