İŞİD-ə qarşı `erməni soyqırımı` iddiası - Konqresdə qətnamə

İŞİD-ə qarşı `erməni soyqırımı` iddiası - Konqresdə qətnamə
  05 Mart 2016    Oxunub:3965
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İŞİD terror təşkilatının Yaxın Şərqdə yaşayan xristianlara, o cümlədən milli azlıqlara etdiyi hücumların “soyqırım” kimi qiymətləndirilməsini özündə əks etdirən qətnaməni qəbul edib.

AzVision.az xəbər verir ki, 75 saylı qətnamə layihəsində xristianlarla yanaşı ermənilərin də adı qeyd olunub. Bildirilib ki, İŞİD-in hücumları “müharibə cinayəti”, “insanlığa qarşı törədilən cinayət” və “soyqırım” kimi tanınmalıdır.

Qərarı müsbət qarşılayan “Ay data” erməni təşkilatının Vaşinqton bürosunun direktoru Aram Qəmbəryan Konqresə çağırış edib: “Hesab edirəm ki, Konqres bu qətnaməni ratifikasiya etməli, Barak Obama isə qol çəkməlidir”.

Qeyd edək ki, qərar Respublikaçı Partiyanın deputatları Cef Fortenberri və Anna Eşu tərəfindən hazırlanıb.

İlkin Nəcəfzadə

AzVision.az


Teqlər:  



Xəbər lenti