Gürcüstan XİN rəhbəri Azərbaycana gəlir

Gürcüstan XİN rəhbəri Azərbaycana gəlir
  05 Mart 2016    Oxunub:1493
Gürcüstan Respublikasının xarici işlər naziri Mixael Canelidze martın 7-də Azərbaycana rəsmi səfər edəcək.
Gürcüstanın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində M. Canelidze Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunacaq. Danışıqlarda, həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti