Lavrovun müavini Bakı səfərindən razı qalıb

Lavrovun müavini Bakı səfərindən razı qalıb
  05 Mart 2016    Oxunub:2328
Martın 4-də Bakıya səfər etmiş Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün nəticələrindən razı qaldığını bildirib.

AzVision.az xəbər verir ki, TASS-a verdiyi müsahibəsində XİN rəsmisi Məmmədyarovla görüşün məhsular və maraqlı keçdiyini deyib.

“Biz ikitərəfli münasibətləri, qarşıda duran siyasi səviyyədə görüşlərin qrafikini müzakirə etdik. Təbii ki, Cənubi Qafqaz üzrə regional problemlər, bölgənin aparıcı dövlətlərinə münasibətimiz haqqında da danışdıq. Konstruktiv, məhsuldar, çox maraqlı görüş oldu”,-deyə Karasin vurğulayıb.

Karasin görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu deyib.

AzVision.az


Teqlər:  



Xəbər lenti